Roma Papası Afrika ölkələrinə səfər edəcək

A- A A+

Roma Papası XIV Leonun aprelin 13-də Afrikanın dörd ölkəsinə səfər turu başlayır.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, səfərin məqsədi qlobal liderləri dünya katoliklərinin beşdəbirindən çoxunun yaşadığı qitənin ehtiyaclarını ödəməyə çağırmaqdır.

Papa XIV Leo 13-23 aprel tarixlərində 18 uçuşdan ibarət marşrutun bir hissəsi olaraq Əlcəzair, Kamerun, Anqola və Ekvatorial Qvineyanın 11 şəhər və qəsəbəsini ziyarət etmək üçün təxminən 18 min kilometr məsafə qət edəcək.

“Reuters” bildirir ki, katolik kilsəsi rəhbərinin bu səfəri dünyanın diqqətini Afrikaya yönəltmək məqsədi daşıyır. Vatikanın yüksəkvəzifəli rəsmisi və Leonun yaxın müşaviri kardinal Maykl Çerni deyib: “Papa pontifikliyin erkən mərhələlərində Afrikaya səfər etməklə bu qitənin vacib olduğunu göstərir. Leo Afrikanın öz qayğılarına qapılan ölkələr və insanlar tərəfindən unudulmamasını təmin etmək istəyir”.

Son həftələrdə İran müharibəsinin açıq tənqidçisi kimi çıxış edən XIV Leo ötən ilin may ayında seçildikdən sonra yalnız bir böyük xarici səfər edib. O, noyabr və dekabr aylarında Türkiyə və Livanı ziyarət edib. Pontifik mart ayında Monakoya da səfər edib.

Vatikan rəsmiləri və Afrika katolik kilsəsinin liderləri qarşıdakı turun ilk amerikalı Papa Leonun şəxsi prioriteti və bu qitəyə, katolikliyin ən sürətlə böyüdüyü məkana verdiyi dəyərin əlaməti olduğunu qeyd edirlər. Statistikaya görə, dünya katoliklərinin 20 faizindən çoxu məhz Afrikada yaşayır. Leonun ziyarət edəcəyi üç ölkədə əhalinin yarısından çoxunun katolik olduğu bildirilir.

1982-ci ildən bəri papalar tərəfindən ziyarət edilməyən Ekvatorial Qvineyanın əhalisinin 70 faizindən çoxu katolikdir. Müsəlman ölkəsi olan Əlcəzairin isə təxminən 48 milyon əhalisinin cəmi 10 minə yaxını katolikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: