Çində minik avtomobillərinin pərakəndə satışları mart ayında illik müqayisədə 15 faiz azalaraq 1,65 milyon ədədə enib. Halbuki avtomobil bazarı üçün ənənəvi olaraq zəif ay hesab olunan fevraladək satışlarda 59 faiz artım qeydə alınmışdı.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyası məlumat yayıb. Məlumata görə, mart ayı satışlarında mənfi amil ilk rübdə Çin bazarına yalnız 18 yeni avtomobil modelinin daxil olması ilə əlaqədardır, halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 33, 2025-ci ilin yanvar-mart aylarında isə 28 olub. Bundan əlavə, Körfəz münaqişəsi səbəbindən yanacaq qiymətlərinin artması istehlakçıların əhval-ruhiyyəsinə təsir göstərib. Həmçinin mart ayında 848 min ədəd yeni enerji mənbəli nəqliyyat vasitəsi satılıb ki, bu da bir il öncə qeydə alınan göstəricidən 14 faiz azdır.
Sərnişin Avtomobilləri Assosiasiyası aprel ayında avtomobil bazarının tədricən bərpa olunacağını gözləyir.
