Polşada 11 mindən çox insan könüllü hərbi təlim kurslarını bitirib

A- A A+

Könüllü hərbi təlimin ilk ayında 11 min 300 polşalı, o cümlədən 18 yaşdan kiçik 1400 nəfər kursu başa vurub.

NUHÇIXAN xəbər verir ki, RMF24 radiostansiyasının məlumatına görə, istənilən vətəndaş həftəsonlarında keçirilən könüllü təlim məşğələlərində iştirak üçün qeydiyyatdan keçə bilər. Kurslar mülki şəxslərə hərbi münaqişələr və fövqəladə hallar zamanı sağ qalma bacarıqlarını, eləcə də hibrid müharibədə davranış qaydalarını öyrətmək üçün nəzərdə tutulub. Proqrama tibbi təlim, sağ qalmanın əsasları, atış hazırlığı, ərazi oriyentasiyası və kibertəhlükəsizlik əsasları daxildir.

Müdafiə Nazirliyinin nəzarət etdiyi məşğələlər hərbi bazalarda keçirilir. Polşanın hakimiyyət orqanları 2026-cı ildə təxminən 300 min nəfərin hərbi təlim kurslarını bitirəcəyini gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: