ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri ölkədə 3 mindən çox insan həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Mizan" agentliyinə İranın Məhkəmə Tibb Təşkilatının rəhbəri Abbas Məscidi Arani məlumat verib.
O qeyd edib ki, hazırda həlak olanların demək olar ki, hamısının meyitləri ailələrinə təhvil verilib.
Martın 30-da Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri 102 mindən çox mülki obyekt hücumlara məruz qalıb
