Bursa Böyükşəhər Bələdiyyəsi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nəzarətinə keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, bu gün bələdiyyə sədrinin vəzifələrini icra edəcək şəxs seçilib. Seçimə əsasən, AK Partiya nümayəndəsi Şahin Biba Bursa Böyükşəhər Bələdiyyəsinə sədr müavini təyin olunub.
Xatırladaq ki, martın 31-də Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılmışdı.
