Çinli alimlər Yellouston kalderasının yaranma mexanizmini üzə çıxarıblar

A- A A+

Çinli alimlərin rəhbərliyi ilə aparılan və “Science” jurnalında dərc olunan yeni araşdırma Şimali Amerikadakı Yellouston kalderasının yaranmasının arxasında duran mexanizmləri üzə çıxarıb.

NUHÇIXAN Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar yüksək dəqiqlikli kompüter modelləri vasitəsilə kalderanın altındakı maqma sisteminin şaquli deyil, cənub-qərbə doğru əyilmiş formada olduğunu müəyyən ediblər. Bildirilib ki, bu proses qədim Farallon tektonik lövhəsinin dərinliklərə batması və mantiyada yaranan axınlarla bağlıdır. Alimlərin fikrincə, yeni yanaşma vulkanların fəaliyyətini daha yaxşı anlamağa və gələcək püskürmələrin proqnozlaşdırılmasına kömək edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: