Fransada ultrasağ ideologiyası çərçivəsində silah qaçaqmalçılığı və zorakı aktların hazırlanması ittihamı ilə 7 nəfər barəsində materiallar məhkəməyə göndərilib.
NUHÇIXAN xəbər verir ki, proses iyulun 3-dək davam edəcək.
Təhqiqat materiallarına görə, 1 hərbçi təqaüdə çıxmış polis vasitəsilə silah əldə edib və onu poçt vasitəsilə ultrasağçı qrupa satıb. Digər hərbçi isə onları qumbara ilə təmin edib. “Telegram”da aparılan müzakirələrdə məscidlərin potensial hədəf olduğu bildirilib.
