BƏƏ-nin kosmosa uçan ilk astronavtının adı açıqlanıb

110

Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Əl Maktum adına Kosmik mərkəzi ölkənin kosmosa uçacaq ilk kosmonavtının adını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, BƏƏ-nin ilk astronavtı Hazaa əl-Mansuri olacaq. Əmirliyin ilk astronavtının Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu sentyabrın 25-ə təyın edilib. O, BKS-ə Rusiyanın “Soyuz” gəmisində yola düşəcək və orada iki həftə qalandan sonra həmin gəminin ekipajı ilə birlikdə geriyə dönəcək.

BƏƏ-nin Kosmik Mərkəzinin açıqlamasında bildirilir ki, BKS-ə uçuş üçün əsas astronavt kimi Hazaa əl-Mansuri seçilib, Sultan ən-Niyadi isə dublyor qismində seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: