Finlandiya Cənubi Koreyadan 635 milyon dollar dəyərində haubitsalar alacaq

A- A A+

Finlandiya Cənubi Koreyadan 635 milyon ABŞ dolları dəyərində özüyeriyən K9 haubitsalarının alınması üçün müqavilə imzalayıb.

NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Satınalma Proqramı Administrasiyası (DAPA) məlumat yayıb. Helsinkidə imzalanmış sənədə əsasən, Finlandiyaya 112 ədəd haubitsa çatdırılacaq. Müqavilənin ətraflı detalları Finlandiya hökumətinin tələbi ilə açıqlanmayıb.

Qeyd edək ki, bu, Finlandiyanın Cənubi Koreyadan 2-ci dəfə K9 haubitsa alışıdır. 2017-ci ildə alınan 96 haubitsa Finlandiya ordusunun artilleriya imkanlarının bir hissəsini təşkil edir. DAPA bildirib ki, K9 həddindən artıq soyuq və güclü qar yağıntısı da daxil olmaqla, çətin Skandinaviya şəraitində belə, sabit hərəkətlilik və atəş gücü nümayiş etdirib. Bu tip haubitsalar 30-40 kilometr məsafədəki hədəfləri vurmaq üçün istifadə olunur.

Cənubi Koreya indiyədək Avstraliya, Misir, Hindistan, Norveç, Polşa, Türkiyə və Estoniyaya özüyeriyən haubitsalar ixrac edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: