Rəsmi Kiyev əsirlərin növbəti mübadiləsinin anonsunu verib

A- A A+

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi gələn həftənin sonunda mümkündür.

NUHÇIXAN xəbər verir ki, bunu “Novosti.LIVE”-ə verdiyi açıqlamasında Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov söyləyib.

O bildirib ki, 11 apreldə 182 ukraynalının geri qaytarılmasından sonra növbəti mübadilə üçün hazırlıqlar gedir.

"Ümid edirəm ki, həftənin sonu başqa bir mübadilə baş tutacaq”,- deyə Ofis rəhbəri qeyd edib.

Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı əsir mübadiləsi aparıblar. 175 hərbçi və yeddi mülki şəxs evə qaytarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: