Cənubi Koreyada restoranda baş verən partlayışda 15 nəfər xəsarət alıb

A- A A+

Cənubi Koreyanın Çonqcu şəhərindəki restoranda qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.

NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 4 radələrində üçmərtəbəli kommersiya binasının birinci mərtəbəsində baş verib. Partlayış nəticəsində yaxınlıqdakı evlərin 8 sakini şüşə qırıntılarının yaratdığı kəsiklərlə xəstəxanalara yerləşdirilib, 7 nəfər yüngül xəsarət alıb.

Partlayış yaxınlıqdakı avtomobillərə də ziyan vurub, sakinlər təxliyə edilib.

Səlahiyyətli qurumlar hadisənin səbəblərini və zərərin miqyasını araşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: