Qazaxıstanda qanunsuz miqrasiya təşkilatçıları saxlanılıb

A- A A+

Qazaxıstanın Şımkent ərazisində qanunsuz miqrasiya kanalı təşkil edən cinayətkar qrupun fəaliyyəti dayandırılıb.

NUHÇIXAN Qazaxıstan DİN-ə istinadla xəbər verir ki, cinayətkarlar pul müqabilində xarici vətəndaşların ölkəyə girişi və onların qeyri-leqal məskunlaşması ilə məşğul olublar.

Əməliyyat zamanı 28 axtarış aparılıb, onlarla xarici pasport, ofis avadanlığı, rabitə vasitələri, saxta əmək müqavilələri, külli miqdarda pul və qeydiyyatsız silahlar müsadirə edilib.

Qrupun təşkilatçısına qarşı məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib, cinayətkar dəstənin 13 üzvü isə saxlanılıb. Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin “Qanunsuz miqrasiyanın təşkili” maddəsi ilə məhkəməyəqədər istintaq başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: