Bolqarıstanda pilotsuz uçuş aparatı zərərsizləşdirilib

A- A A+

Bolqarıstan Hərbi Dəniz Qüvvələri Sinemorets yaxınlığında aşkar edilmiş üzən pilotsuz uçuş aparatını məhv edib.

NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qurğu çimərlik ərazisində aşkarlanıb və ilkin baxış zamanı onun üzərində mərmilərin olduğu müəyyən edilib.

Partlayıcıların bir hissəsi təhlükəsiz şəkildə çıxarılaraq Burqasdakı hərbi dəniz bazasına daşınıb, çıxarıla bilməyən hissələr isə təhlükə səbəbindən yerində zərərsizləşdirilib. Əməliyyat regional qurumların müraciəti və ölkənin müdafiə rəhbərliyinin təsdiqi ilə həyata keçirilib, proses zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: