Çində Parkinson xəstələri üçün rəqəmsal həkim sistemi istifadəyə verilib

A- A A+

Çində Parkinson xəstəliyi ilə bağlı ilk süni intellektlə işləyən rəqəmsal həkim platforması istifadəyə verilib.

NUHÇIXAN Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, platforma Tibb Universitetinin Xuanvu Xəstəxanası tərəfindən hazırlanıb və klinik məlumatlar, tibbi araşdırmalar əsasında fəaliyyət göstərir.

Bildirilib ki, sistem 20 ildən artıq klinik tədqiqat materiallarını özündə birləşdirir və xəstələrin suallarının təxminən 90 faizinə cavab verə bilir. Bu isə həkimlərin daha mürəkkəb hallara diqqət ayırmasına imkan yaradır. Qeyd olunur ki, istifadəçilər smartfon vasitəsilə platformaya müraciət edərək elmi əsaslı məlumatlar əldə edə bilirlər. Bununla yanaşı, sistem fərdi müalicə qərarları vermir və bu səlahiyyət həkimlərdə qalır.

Gələcəkdə platformanın dərman nəzarəti, reabilitasiya və psixoloji dəstək kimi xidmətləri də əhatə edəcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: