Böyük Britaniyada xəstələrin inkişaf etmiş digər ölkələrlə müqayisədə ən aşağı sağqalma göstəricilərindən bəziləri ilə üzləşdiyi məlum olub.
NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, bu ölkədə səhiyyə sisteminə rekord həcmdə maliyyə ayrılsa da, belə bir nəticə qeydə alınıb. 22 varlı ölkə üzrə aparılan təhlil göstərib ki, Böyük Britaniya müalicə edilə bilən ölüm halları üzrə, həmçinin vaxtında və effektiv tibbi yardım göstərildiyi halda qarşısı alına biləcək erkən ölümlər baxımından demək olar ki, siyahının sonlarında yer alır.
Hesabatı hazırlayan İctimai Siyasət Araşdırmaları İnstitutu bildirib ki, səhiyyəyə ayrılan rekord vəsaitlər düzgün istiqamətləndirilməyib, əsasən əməkhaqqı və kadr xərclərinə sərf olunub.
Qeyd edək ki, Böyük Britaniyada səhiyyə xərcləri hazırda rekord səviyyəyə - 242 milyard funt sterlinqə çatıb. Bu rəqəm 10 il əvvəl 179 milyard funt idi.
