Əgər əvvəllər Türkiyə tərəfindən dəstəklənən enerji layihələri həyata keçirilsəydi, Hörmüz boğazı ətrafındakı mövcud böhranın ağır nəticələri daha az olardı.
NUHÇIXAN xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Anadolu agentliyinin redaktorları ilə dəyirmi masa müzakirəsi zamanı bildirib.
Nümunə olaraq, Fidan Qətərdən Səudiyyə Ərəbistanı və Suriyadan keçərək Türkiyəyə qaz kəmərinin çəkilməsi təşəbbüsünü göstərib ki, bu da region üçün yeni enerji sistemi modeli ola bilər.
“Bundan əlavə, əvvəllər Bağdad tərəfindən irəli sürülən və Ankaranın dəstəklədiyi İraqdan Türkiyəyə enerji təchizatı marşrutu yaratmaq təşəbbüsü də maraq doğurur. Lakin bütün bu layihələr həyata keçirilməyib. Bu təşəbbüslərdə gecikmələrin səbəblərindən biri qonşu ölkələr arasında etimadsızlıq mühitidir. Hesab edirəm ki, regional təhlükəsizlik paktının bağlanmasının vaxtı gəlib çatıb”, - deyə Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb. Onun sözlərinə görə, yuxarıda qeyd olunan pakt çərçivəsində Yaxın Şərq ölkələri bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə hörmətlərini bəyan etməlidir ki, bu da regionda əməkdaşlığın təməli olacaq.
