Vyetnamda meningokok xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq edilib

A- A A+

Vyetnamda meningokok xəstəliyinə yoluxma hallarının artması fonunda əhaliyə xəbərdarlıq olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Vyetnamın Səhiyyə Nazirliyi məlumat yaylıb. Bildirilib ki, bu ilin ilk 14 həftəsində ölkədə 24 yoluxma, o cümlədən 4 ölüm halı qeydə alınıb. Yoluxanların 46 faizini 15 yaşdan kiçik uşaqlar təşkil edir. Son həftələrdə isə yoluxma sayında artım müşahidə olunub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksəkdir.

Nazirlik vətəndaşlara yüksək hərarət, baş ağrısı, ürəkbulanma, boyun sərtliyi kimi simptomlar yaranarsa, dərhal tibbi yardım almağı tövsiyə edib.

Qeyd olunub ki, xəstəliyin erkən aşkarlanması, vaxtında müalicəsi ağırlaşmaların və ölüm hallarının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: