Paşinyan: Azərbaycanla sülh Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır

A- A A+

Bakı və İrəvan arasında sülhün bərqərar olması Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bu gün Ermənistanın iri işəgötürənləri ilə görüşü zamanı bildirib.

"Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə biz TRIPP (Tramp Marşrutu - red.) layihəsinin işə salınması ilə bağlı mühüm hadisələrin baş verəcəyini gözləyirik", - Paşinyan deyib.

Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycan ərazisindən Ermənistana artıq dəmir yolu yükdaşımaları həyata keçirilir.

Bundan əlavə, o, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolu əlaqəsinin açılmasının vacibliyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: