Vyetnam lideri To Lamın Çinə dövlət səfəri başlayıb

A- A A+

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Prezident To Lamın Çinə dövlət səfəri başlayıb.

NUHÇIXAN xəbər verir ki, bu, To Lamın aprelin 7-də Vyetnam Prezidenti seçilməsindən sonra ilk xarici səfəridir.

Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Çinin rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Hərtərəfli Strateji Tərəfdaş olan Çin ilə Vyetnam arasında siyasi, iqtisadi-ticari, təhlükəsizlik sahələrində sıx əməkdaşlıq var. Ötən il 2 ölkə arasında ticarət dövriyyəsinin məbləği 290 milyard ABŞ dolları olub. Çin Vyetnamın birinci, Vyetnam isə Çinin 4-cü ticarət tərəfdaşıdır. Bundan başqa, Çin Vyetnamın kənd təsərrüfatı və balıqçılıq məhsullarının əsas ixrac bazarıdır.

Tərəflər bu yaxınlarda xarici işlər, müdafiə və daxili işlər nazirlərinin "3+3" dialoq platformasını işə salıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: