Türkiyənin film sektoruna 245 milyon lirə maddi dəstək ayrılıb

A- A A+

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamaya görə, ölkənin film sektoruna 245 milyon lirə məbləğində maddi dəstək ayrılıb. Bu proqram yalnız film istehsalının artırılmasını deyil, eyni zamanda keyfiyyətli və beynəlxalq rəqabət qabiliyyəti yüksək layihələrin inkişaf etdirilməsini də hədəfləyir.

NUHÇIXAN xəbər verir ki, layihəyə əsasən, ayrılan vəsaitin 12 milyon 590 min lirəsi 30 sənədli film istehsalına, 232 milyon 500 min lirəsi isə tammetrajlı bədii filmlərin hazırlanmasına xərclənəcək.

Məlumatda bildirilib ki, kino sektoruna verilən dəstəklər davam etdiriləcək. Belə ki, sentyabr ayında qısa və animasiya filmlərinin istehsalı, ssenari yazımı və layihə inkişafı, oktyabr ayında isə tammetrajlı film, post-prodakşn və ortaq istehsal layihələrinə veriləcək dəstəklər qiymətləndiriləcək.

Aprel ayında Türkiyədə sektor üzrə ümumilikdə 215 layihəyə 302 milyon lirə vəsait ayrılıb ki, bu məbləğ ötən ilin ümumi dəstək dəyərinə bərabərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: