Çin “Lijian-1 Y12” daşıyıcı raketi ilə orbitə 8 peyk çıxarıb.
NUHÇIXAN xəbər verir ki, raket Çinin şimal-qərbindəki Donfen özəl kosmik innovasiya pilot zonasından Pekin vaxtı ilə saat 12:03-də (Bakı vaxtı ilə 08:03) buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Bu buraxılış “Lijian-1” daşıyıcı raket seriyasının 12-ci uçuş missiyası olub.
Qeyd edək ki, “Lijian-1” daşıyıcı raket seriyası Çin Elmlər Akademiyası nəzdindəki Mexanika İnstitutunun təsis etdiyi “CAS Space” şirkəti tərəfindən hazırlanıb. Bu növ raketlər müxtəlif sayda mikropeykləri orbitə çıxarmaq üçün dizayn edilib. İndiyədək “Lijian-1” raketləri ilə orbitə 90-dan çox peyk göndərilib.
