Si Cinpin Körfəz ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməyə çağırıb

A- A A+

Yaxın Şərq və Körfəz ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət edilməli, bütün ölkələrin personalının, obyektlərinin və qurumlarının təhlükəsizliyi effektiv şəkildə təmin olunmalıdır.

NUHÇIXAN xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Əbu-Dabi Əmirliyinin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşdə deyib.

Si Cinpin Yaxın Şərqdə sülh və sabitliyin təşviqi ilə bağlı dörd maddəlik təklif irəli sürüb. İlk bənd kimi sülh yolu ilə birgə yaşama prinsipinə sadiq qalmağa çağıran Çin lideri qeyd edib ki, Yaxın Şərq və Körfəz bölgəsi üçün ortaq, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik arxitekturasının qurulmasını təşviq etmək vacibdir.

Çin lideri bütün tərəflərin Yaxın Şərq və Körfəz bölgəsi ölkələrinin inkişafından ötrü əlverişli mühit yaratmaq üçün birlikdə çalışmalı olduğunu deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: