Çin ABŞ-nin silah ixracı ilə bağlı hədəsinə cavab verib

A- A A+

ABŞ qondarma "hərbi məhsul ixracı" bəhanəsi ilə Çinə əlavə tariflər tətbiq etməkdə israr edərsə, Çin qəti əks tədbirlər görəcək.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Quo Ciakun ənənəvi media brifinqində deyib.

“Çin hərbi məhsul ixracına həmişə ehtiyatlı və məsuliyyətli münasibət bəsləyib”, - deyən Quo Ciakun bildirib ki, ölkəsi silah ixracını öz ixrac qanunlarına və qaydalarına, eləcə də götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq ciddi şəkildə nəzarətdə saxlayıb.

Çin XİN rəsmisi əlavə edib ki, Çinin İrana hərbi dəstək verməsi ilə bağlı müvafiq məlumatlar tamamilə uydurmadır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin İrana silah satışını aşkar ediləcəyi təqdirdə Birləşmiş Ştatların Çin mallarına 50 faiz əlavə rüsum tətbiq etməklə hədələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: