Gürcüstanda "Əmək miqrasiyası haqqında" Qanuna dəyişikliklər edilir

A- A A+

Gürcüstanda “Əmək miqrasiyası haqqında" Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, parlamentin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili bununla bağlı keçirilən iclasda bildirib ki, son illərdə həyata keçirilən dəyişikliklər əmək miqrasiyası proseslərinin tənzimlənməsini yaxşılaşdırsa da, əmək fəaliyyətinin xarakterinə və müddətinə görə daha çevik yanaşmaya ehtiyac yaranıb.

Onun sözlərinə görə, yeni dəyişikliklərin əsas məqsədi əmək miqrasiyası prosedurlarını sadələşdirmək, onları müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaq və nəticədə ölkəyə yüksəkixtisaslı mütəxəssislərin cəlb olunmasını asanlaşdırmaqdır.

Komitə üzvləri həm bu qanun layihəsini, həm də onunla əlaqəli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Qanuna dəyişiklikləri dəstəkləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: