Avropa Komissiyası Kiyevə ayrılan 90 milyard avrodan ilk ödənişləri təxirə salıb

A- A A+

Avropa Komissiyası Kiyevə Macarıstan və Slovakiya tərəfindən bloklanmış 90 milyard avrodan ilk maliyyələşdirmə tranşlarını ödəmək planlarını 2026-cı ilin ikinci yarısına qədər təxirə salıb.

NUHÇIXAN xəbər verir ki, bu məsələyə toxunan Avropa Komissiyasının nümayəndəsi Bala Ujvari Brüsseldə keçirilən brifinqdə Macarıstan və Slovakiyanın maliyyələşdirməyə qoyduğu vetonun hələ də aradan qaldırılmadığını deyib. “Avropa Komissiyası bu proqram çərçivəsində ilk ödənişləri ilin ikinci yarısında həyata keçirmək planlarına sadiq qalır", - deyə o, Viktor Orbanın məğlubiyyətinin Ukrayna üçün 90 milyard avroluq büdcə və hərbi maliyyələşdirmə proqramının tez bir zamanda blokdan çıxarılmasına imkan verib-verməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Avropa Komissiyası əvvəlcə vəsaitlərin 2026-cı ilin aprelində Kiyevə köçürülməsinin zəruri olduğunu bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: