Fransa Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi bazasına “Tigre” helikopterlərini yerləşdirib. Məqsəd bu ölkənin dronlara qarşı mübarizəsini gücləndirməkdir.
NUHÇIXAN xəbər verir ki, helikopterlər BƏƏ ilə müdafiə sahəsində imzalanmış razılaşma əsasında bu ölkəyə göndərilib.
Qeyd edək ki, Fransa bu il fevralın 28-də BƏƏ-nin dron hücumlarına qarşı müdafiəsini təmin etmək üçün “Rafale” qırıcılarını bu ölkədə yerləşdirib.
