Fransa İqtisadiyyat Nazirliyi Yaxın Şərqdəki müharibənin təsirləri fonunda 2026-cı il üçün iqtisadi artım proqnozunu yeniləyib.
NUHÇIXAN xəbər verir ki, bundan əvvəl 1 faiz proqnozlaşdırılan artım 0,9 faizə dəyişdirilib. Hökumətin inflyasiya proqnozu isə 1,3 faizdən 1,9 faizə yüksəldilib.
Bu düzəlişlərə baxmayaraq, dövlət büdcəsi kəsirinin ÜDM-in 5 faizi səviyyəsində saxlanılması hədəfi dəyişməz olaraq saxlanılıb.
Maliyyə və İqtisadiyyat Nazirliyinin məlumatına görə, yenilənmiş proqnozlar makroiqtisadi qeyri-müəyyənlik şəraitində, xüsusilə də, geosiyasi gərginliklər və enerji qiymətlərinin dalğalanması nəzərə alınaraq verilib.
Nazirlik beynəlxalq vəziyyətin inkişafından asılı olaraq iqtisadi durumun yaxşılaşmasına ümid edir.
