Ərdoğan Kanadanın Baş nazirini Türkiyəyə dəvət edib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə telefon danışığı aparıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Liderlər Türkiyə və Kanada arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, Ərdoğan söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb:

"Başda energetika, müdafiə sənayesi və hava daşımaları olmaqla, bir çox sahələrdə əməkdaşlıq üçün əhəmiyyətli potensialın mövcud olduğu qeyd edilib".

Bununla yanaşı, Ərdoğan Türkiyənin bölgədə sülh və əmin-amanlığın bərqərar olması istiqamətindəki səylərini davam etdirdiyini əlavə edib. "Bir çox məsələlərdə Türkiyə ilə Kanadanın mövqeyi üst-üstə düşür", - söhbət zamanı qeyd olunub.

Ərdoğan Kanadanın Baş naziri Mark Karnini Ankarada keçiriləcək NATO və COP31 sammitlərinə dəvət edib, həmçinin Baş nazir Karnini 2026-cı il başa çatana qədər rəsmi səfər çərçivəsində Türkiyədə qəbul etmək istəyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: