Bir neçə ölkənin mərkəzi bankları qızıl ehtiyatlarını fəal şəkildə azaltmağa başlayıblar.
NUHÇIXAN xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Qeyd olunur ki, son aylarda dünyadakı tənzimləyicilər Yaxın Şərqdəki müharibənin yaratdığı likvidlik problemləri səbəbindən qızıl almaqdan satmağa keçiblər. Mütəxəssislər bildirirlər ki, qızıl yanvar ayındakı pik həddi aşaraq qiymətlərin düşməsi dövrünə qədəm qoyub.
Telekanalın məlumatına görə, inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları metalın ən aktiv satıcılarıdır. 2026-cı ildə Türkiyə qızıl ehtiyatları 131 ton azalaraq ən çox diqqətçəkən satıcı olub. Qana da ən çox qızıl satan digər ölkədir. Bundan əlavə, Polşanın tənzimləyici orqanı da qızıl satmağı nəzərdən keçirir.
Qeyd edək ki, Yaxın Şərqdəki müharibə fonunda qlobal qızıl və gümüş qiymətləri əhəmiyyətli dərəcədə artmışdı. Martın əvvəlində gümüşün qiyməti 5,81 faiz yüksələrək 89,43 dollara çatmışdı. Daha sonra, fevralın 5-dən bəri ilk dəfə olaraq troya unsiyası (31,1 qram) üçün qiymət 65 dollardan aşağı düşüb.
