Qazaxıstan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb.
NUHÇIXAN Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Senatı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib. Sənəd 2024-cü il avqustun 22-də Düşənbədə imzalanıb və siyasət, müdafiə, ticarət, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.
Tərəflər arasında ticarət dövriyyəsi artıq 1 milyard ABŞ dollarını keçib və bu göstəricinin 2 milyard dollara çatdırılması hədəflənir. Sənəd, həmçinin parlamentlərarası əlaqələrin və regional əməkdaşlığın daha da gücləndirilməsini əhatə edir.
