Amerika Birləşmiş Ştatlarının sutkalıq xam neft istehsalı ötən hesabat həstəsində dəyişməyib.
NUHÇIXAN ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, Birləşmiş Ştatların neft hasilatı sutkada orta hesabla 13 milyon 596 min barel səviyyəsində olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1 milyon 33 min barel azalaraq sutkalıq 5 milyon 291 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1,07 milyon barel artaraq gündəlik 5 milyon 225 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 510 min barel olacağı gözlənilir.
