Avropa Komissiyasının nümayəndələri Peter Macyarla görüşəcəklər

A- A A+

Avropa Komissiyasının (AK) nümayəndələri Budapeştdə Macarıstan parlamentinə seçkilərdə qalib gələn “Tisza” partiyasının lideri Peter Macyar və onun silahdaşları ilə görüşəcəklər.

NUHÇIXAN xəbər verir ki, bu barədə AK mətbuat xidmətinin rəhbəri Paula Pinyu “Politico” nəşrinə bildirib.

Məlumata görə, aprelin 17-nə planlaşdırılan danışıqların əsas mövzusunu Budapeştə ayrılan, lakin Brüssel tərəfindən saxlanılan 30 milyard avrodan çox Aİ vəsaitinin blokdan çıxarılması təşkil edəcək. Gələcək Macyar hökuməti üçün xüsusilə təcili olan məsələ isə COVID-19-la bağlı avqust ayında müddəti bitən 10 milyard avrodan çox bərpa vəsaitinin alınmasıdır.

Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Macyarın müxalifətdəki “Tisza” partiyası Milli Assambleyada (birpalatalı parlament) 199 yerdən 138-ni qazanıb. Baş nazir Viktor Orban liderlik etdiyi Macarıstan Vətəndaş Birliyi partiyasının məğlub olduğunu etiraf edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: