Dağıstanda torpaq sürüşmələri nəticəsində ən azı 200 evə ziyan dəyib

A- A A+

Dağıstanda (Rusiya) torpaq sürüşmələri nəticəsində ən azı 200 evə ziyan dəyib.

NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə respublika hökumətinin sədr müavini Ramazan Cəfərov bildirib.

"İlkin məlumata görə, Dağıstan dağlarında baş verən torpaq sürüşmələri nəticəsində təxminən 200 ev zərər görüb. Bu rəqəm daim artır, ziyanın qiymətləndirilməsi davam edir", - o deyib.

R.Cəfərovun sözlərinə görə, bəzi rayonlarda sahilbərkitmə işləri aparılır. 26 min nəfərin içməli suya çıxışı yoxdur.

"İnterfaks" qeyd edir ki, martın 28-də və aprelin 4-5-də yağan güclü yağışlar Dağıstanda daşqına səbəb olub. Daha sonra regionda federal xarakterli fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, regionda 9 825 yaşayış evi su altında qalıb, 7 126 ev zədələnib, 6 nəfər həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: