Aprelin 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.
NUHÇIXAN “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, Tokayev Antalya Diplomatiya Forumunun açılışında iştirak edəcək. Onun panel sessiyasında çıxışı gözlənilir. Həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Antalya Diplomatiya Forumu siyasi liderlər, diplomatlar, ekspertlər, biznes, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi yüksəksəviyyəli illlik beynəlxalq diskussiya platformasıdır.
