Yeni tank əleyhinə raket hədəfi dəqiq vurub

A- A A+

Qardaş Türkiyənin müdafiə sənayesi yerli imkanlarla gücünə güc qatmaqda davam edir. Ölkənin öndə gələn və beynəlxalq statusu ilə tanınan müdafiə sənayesi şirkətlərindən olan "ROKETSAN" tank əleyhinə istifadə üçün nəzərdə tutulmuş "KARAOK" raketini təqdim edib. "KARAOK" Türkiyənin "yerli Javelini" hesab olunur. Çünki, hər iki raket eyni iş prinsipinə sahibdir. Lakin "KARAOK"un ən böyük üstünlüyü tamamilə yerli imkanlarla inkişaf etdirilməsidir ki, bu da ixrac və döyüş şəraitində istifadə üçün heç bir xarici asılılıq yaratmır.

Həm də bu raket asanlıqla insansız yerüstü platformalara da inteqrasiya oluna bilir. Bu da əməliyyat sahəsində qərarqəbuletməni və yüksək dəqiqliyi təmin edir. 

125 millimetrlik "KARAOK" tank əleyhinə raket sistemi yuxarıdan və ya birbaşa zərbə ilə həm tanklar və zirehli transportyorlar, həm də bunker və ya sığınacaqlar kimi sabit hədəfləri məhv edə bilir. Bu sistem müxtəlif əməliyyat ssenariləri altında keçirilən sınaq atışlarında hədəfləri tam dəqiqliklə vuraraq döyüş şəraitində effektivliyini bir daha nümayiş etdirib.

Şirkətin açıqlamasında sistemin dörd fərqli istifadəçi ssenarisi çərçivəsində sınaqdan keçirildiyi və bütün atışların uğurla nəticələndiyi bildirilib.

Bu nəticələr "KARAOK"un əməliyyat etibarlılığını və döyüş meydanındakı effektivliyini təsdiqləyir.

Döyüş atışlı sınaqlarda "KARAOK"un müxtəlif taktiki şəraitlərdə hədəflərə qarşı yüksək dəqiqliklə nişanalma həyata keçirdiyi bildirilib.

Bir sözlə, çəkisi çox yüngül olduğu üçün bir əsgər tərəfindən rahat daşına bilən bu sistem, Türkiyənin raket ailəsinin ən portativ və çevik üzvü kimi piyada bölmələrinin tank əleyhinə müdafiə gücünü daha da artıracaq.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: