Çin istixana qazlarını izləmək üçün yeni peyk buraxıb

A- A A+

Çin istixana qazlarını izləmək üçün yeni peykini orbitə göndərib.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-4C” raketi ilə Çinin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən buraxılıb. Buraxılış yerli vaxtla saat 12:10-da həyata keçirilib. Peyk əvvəlcədən müəyyən edilmiş orbitə uğurla yerləşdirilib.

Qeyd edək ki, bu, “Long March” seriyalı raketlərin 638-ci uçuş missiyası olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: