Almaniya Bundestaqı elektrik avtomobillərin alınması üçün yeni subsidiya proqramının tətbiqinə qərar verib.
NUHÇIXAN xəbər verir ki, qərara əsasən dəstək mexanizmi 2026-cı ilin yanvarından etibarən tətbiq olunacaq və ilin əvvəlindən qeydiyyata alınmış nəqliyyat vasitələrini əhatə edəcək.
Subsidiyalara müraciət üçün onlayn platformanın istifadəyə verilməsi planlaşdırılır.
Yeni qaydalara görə, fiziki şəxslər tam elektrik avtomobilləri, “plug-in” hibridlər və “range extender” tipli nəqliyyat vasitələrinin alınması üçün dövlət dəstəyi ala biləcəklər. Subsidiyanın məbləği avtomobilin növündən və ailənin gəlirindən asılı olaraq 1500-6000 avro müəyyən olunub. Tam elektrik avtomobilləri üçün baza məbləği 3 min avro təşkil edir və aşağıgəlirli ailələr üçün daha yüksək ödəniş nəzərdə tutulur.
Proqrama əsasən subsidiya üçün gəlir həddi müəyyən olunub və illik gəliri 80 min avrodan artıq olan ailələr bu imkandan yararlana bilməyəcəklər.
