İstanbulda 100 kiloqramdan çox kokain ələ keçirilib

A- A A+

Türkiyədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulda həyata keçirilən əməliyyat nəticəsində 106 kiloqram kokain ələ keçirilib.

Bu barədə Türkiyənin Ədalət naziri Akın Gürlək sosial media hesabında yazıb. O bununla beynəlxalq narkotik ticarətinə böyük zərbə vurulduğunu bildirib.

11 milyon ABŞ dolları dəyərində kokainin ələ keçirildiyi gəmi Panama bayrağı altında üzürmüş.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: