Məlumat mərkəzlərinin elektrik enerjisi istehlakı 2030-cu ilə qədər ikiqat artacaq

A- A A+

Bütün ənənəvi internet axtarışları sadə süni intellekt sorğuları ilə həyata keçiriləcəyi təqdirdə qlobal miqyasda illik elektrik enerjisi istehlakı 4 teravatt-saatdan aşağı olacaq ki, bu da məlumat mərkəzlərinin ümumi istehlakının 1 faizindən azını təşkil edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarında deyilir.

Qeyd olunur ki, ötən il məlumat mərkəzləri 485 teravatt-saat elektrik enerjisi istehlak edib. Bu həcmin 2030-cu ilə qədər təxminən ikiqat artaraq 950 teravatt-saata çatacağı gözlənilir. Həmin artımın qlobal elektrik enerjisi tələbatının təxminən 3 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Süni intellektə əsaslanan məlumat mərkəzlərinin elektrik enerjisi istehlakının isə bu dövrdə üçqat artacağı və ümumi istehlakdakı payının sürətlə yüksələcəyi gözlənilir.

Bildirilir ki, enerji avadanlıqları və çip istehsalındakı maneələrin aradan qaldırılması, eləcə də enerji tələb edən tətbiqlərdə süni intellektdən istifadənin geniş yayılması 2030-cu ildən sonra daha yüksək tələbat artımına səbəb ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: