İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan gəmilərə qarşı blokadanın başlanmasından bəri ABŞ qüvvələri 27 gəmiyə geri dönməyə və ya İran limanına qayıtmağa göstəriş verib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Qeyd edək ki, ABŞ blokadası aprelin 13-dən qüvvədədir.
