Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

A- A A+

Ukrayna aprelin 21-də günorta saatlarında Rusiyadan Macarıstana “Drujba” neft kəməri vasitəsilə neft tranzitini bərpa edə bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka bildirib.

Nazir qeyd edib ki, Brüsseldə keçirilən müzakirələr zamanı ən real ssenari kimi Ukraynanın kəmərin bərpasını elan etməsi nəzərdən keçirilir.

Onun sözlərinə görə, elandan sonra Macarıstan və Slovakiyadakı neft emalı zavodlarını xammalla təmin edən MOL şirkəti ilə əlaqə saxlayacaq.

Qeyd edək ki, “Drujba” boru kəməri ilə neft tədarükü yanvarın 27-dən dayandırılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: