Tailand ekstremal istilərin təsiri altındadır

A- A A+

Son üç həftədə Tailandda havanın hərarəti bəzi hallarda 50 dərəcədən yuxarı qalxır.

NUHÇIXAN xəbər verir ki, istilərdən ən çox paytaxt Banqkok təsirlənir. Rəsmi qurumlar əhaliyə günəş şüalarından qorunmağı və xüsusilə günün isti saatlarında evdən çıxmamağı tövsiyə edir. Şəhər rəhbərliyi əhali üçün 300-dən çox pulsuz sərinləmə mərkəzi yaradıb. Kitabxanalarda, məktəblərdə və digər kondisionerli obyektlərdə qurulan sərinləmə mərkəzlərindən on minlərlə insan yararlanıb.

Qeyd edək ki, iqlim dəyişikliyi fonunda regionda belə ekstremal istilər getdikcə daha çox müşahidə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: