ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə o, CNBC-yə müsahibəsində deyib.
“Razılaşma əldə etmək üçün çox vaxtımız yoxdur. İran razılaşma əldə edərsə, yenidən güclü bir millətə çevrilə bilər. Onlar ağıldan və sağlam düşüncədən istifadə etməlidirlər”, - deyə Tramp bildirib. O deyib ki, ABŞ hazırda digər prezidentlərə nisbətən 47 il ərzində etməli olduqlarını etmək üçün çox güclü danışıqlar mövqeyindədir.
