Gürcüstanda vitse-prezident postu və yeni dövlət naziri vəzifələri təsis olunub

A- A A+

Gürcüstanın hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi hökumət strukturuna əlavə olunacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.

Hökumət başçısının sözlərinə görə, sözügedən vəzifəni Mamuka Mdinaradze tutacaq və ona Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunacaq. M.Mdinaradze vitse-prezident vəzifəsini də icra edəcək.

Bundan başqa, xarici işlər naziri Maka Boçorişviliyə Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunub.

Bununla da, Baş nazirin hökumətin tərkibində üç müavini olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: