Qazaxıstan və Polşa Orta Dəhlizin inkişafı üçün səylərini birləşdirir

A- A A+

Qazaxıstan və Polşa Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində əməkdaşlığı inkişaf etdirir.

NUHÇIXAN “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri Talqat Aldıbergenov “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Alan Beroudla işgüzar görüş keçirib. O, eyni zamanda, Avropa Dəmir Yolu və İnfrastruktur Şirkətləri Birliyinə də rəhbərlik edir.

Cari ilin birinci rübünün yekunlarına əsasən, iki ölkə arasında dəmir yolu daşımalarının həcmi 1,5 dəfə artaraq 752 min tona çatıb.

Qazaxıstan kömürünün Polşaya tədarükü 6 dəfə artıb, kimya məhsullarının ixracı 2,8 dəfə yüksəlib, taxılın tədarük həcmi isə dəfələrlə artım nümayiş etdirib. Çin-Polşa istiqaməti üzrə konteyner daşımaları ilk üç ayda 44 faiz artaraq 75,4 min TEU (iyirmi futluq ekvivalent) təşkil edib.

Tərəflər TBNM çərçivəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: