Media: Tramp İrana yeni ultimatum verib

A- A A+

ABŞ Prezidenti Donald Tramp İrana düşünmək üçün daha bir neçə gün vaxt verməyə hazırdır, əks təqdirdə uzatdığı atəşkəsi ləğv edəcək.

NUHÇIXAN xəbər verir ki, “Axios” portalı bu barədə Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.

“Tramp iranlılara fikirlərini toplamaq üçün daha üç-beş günlük atəşkəsə hazırdır. Bu, sonsuzluğa qədər davam etməyəcək”, - deyə nəşrin həmsöhbəti bildirib.

Mənbələrin fikrincə, Ağ Ev İranla müharibəyə son qoymaq üçün razılaşma əldə edilə biləcəyinə hələ də inanır. Lakin Tramp administrasiyası ehtiyatlanır ki, Tehranda daxili fikir ayrılıqları səbəbindən heç kimin ABŞ ilə sülh danışıqları aparmaq səlahiyyəti qalmasın.

Bundan əvvəl Tramp İranla atəşkəsi uzatmaq qərarına gəldiyini açıqlayıb və deyib ki, bu xahişlə ona Pakistanın Baş naziri Şahbaz Şərif müraciət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: