Ermənistanın Armavir vilayətinin Zartonk kəndinin sakinləri sosial problemlər səbəbindən etiraz aksiyası keçiriblər.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, narazı kütlə icra başçısının istefası tələbi ilə kənddən keçən Yerevan-Gümrü dəmir yolunu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, bir il bundan əvvəl inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanda bütün problemlərin həll ediləcəyəni demişdi. Lakin bundan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də insanlar sosial problemlərdən əziyyət çəkirlər. Ötən bir il müddətində Paşinyan və komandası problemlərin həlli istiqamətində ciddi addımlar atmayıb.
Aksiya zamanı kəndlilər arasında atışma baş verib. Bir sakin ov tüfəngindən atəş açaraq digər iki ermənini yaralayıb. Daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.