Almaniyanın “Lufthansa” aviaşirkəti “Cityline” regional törəməsinin fəaliyyətinə vaxtından əvvəl son qoyulması səbəbindən oktyabradək 20 min reysi ləğv edəcək.
NUHÇIXAN xəbər verir ki, şirkətin məlumatına görə, bu tədbir sayəsində İran müharibəsindən sonra qiyməti iki dəfə bahalaşan təxminən 40 min ton kerosinə qənaət olunacaq.
Yay mövsümündə uçuş təklifləri Frankfurt, Münhen, Sürix, Vyana, Brüssel və Roma habları üzərindən optimallaşdırılacaq və sərnişinlərin qlobal şəbəkəyə çıxışı təmin ediləcək.
Artan yanacaq xərcləri və davam edən tətillər fonunda şirkət “Cityline” törəməsinin fəaliyyətini dərhal dayandırdığını açıqlayıb. Məlumata görə, ilk 120 reysin ləğvi artıq həyata keçirilib və sərnişinlər bu barədə məlumatlandırılıb. Buna baxmayaraq şirkət yay mövsümündə yanacaq təminatının əsasən sabit olacağını gözləyir.
