Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 22-də Ankarada NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.
Türkiyə Xarici İşlər Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Şimali Atlantika Alyansının rəhbəri ilə danışıqlar qapalı qapılar arxasında keçirilib. Rutte ikigünlük səfəri çərçivəsində əvvəllər Ankaranın Gölbaşı rayonunda Türkiyənin müdafiə sənayesinin flaqmanı olan ASELSAN-ın müəssisəsini ziyarət edib. Gördükləri ilə bağlı təəssüratlarını bölüşən NATO-nun Baş katibi bildirib ki, Türkiyə müdafiə sənayesində inqilab edib.
Rutte, həmçinin bütün Alyans ölkələrinin müdafiə sənayesi potensialının artırılmasının vacibliyini vurğulayıb.
NATO-nun Baş katibi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Gözlənilir ki, danışıqların əsas gündəliyinə 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO sammit, eləcə də İran ətrafındakı vəziyyətlə bağlı Vaşinqtonla Alyans ölkələri arasında gərginlik daxil ediləcək.
