Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir

A- A A+

Aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü geniş şəkildə qeyd olunur.

NUHÇIXAN xəbər verir ki, 106 il əvvəl - 23 aprel 1920-ci il tarixində Böyük Millət Məclisinin (parlament) ilk iclası keçirilib və bu, suverenliyin möhkəmləndirilməsi, Türkiyə Cümhuriyyətinin qurulmasında mühüm addım olub.

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk daha sonra bu günü uşaqlara həsr edərək vurğulayıb ki, gənc nəslin vətəndaşları ölkənin ideallarını və dəyərlərini qorumaq məsuliyyətini daşıyırlar.

Parlament və hökumət üzvləri, eləcə də Türkiyənin hər yerindən on minlərlə uşaq bu gün Ankarada Atatürkün məqbərəsini ziyarət edəcək, böyük dövlət xadiminin xatirəsini ehtiramla anacaqlar. Türkiyə və Şimali Kipr Türk Respublikasında festivallar və yürüşlər də daxil olmaqla çoxsaylı tədbirin keçirilməsi də planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: